Naməlum şəxs Qurban bayramını qeyd edən insanlara hücum etdi

Naməlum şəxs Qurban bayramını qeyd edən insanlara hücum etdi
 

Fransanın paytaxtı Parisin Boney-sür-Marn qəsəbəsində naməlum şəxs müsəlmanların Qurban bayramını qeyd etmək üçün toplaşdığı idman zalına girərək, olanlara hücum edib.

Hücum nəticəsində bir mediya işçisi də daxil olmaqla iki nəfər yaralanıb. Hadisə zamanı idman zalında iki minə yaxın müsəlman olub.

Cinayətkar yerindəcə saxlanılıb. Polis onun motivlərini araşdırır. Onun nə ilə silahlandığı məlum deyil.

Məlumata görə, həmin şəxsin bundan əvvəl də quldurluq məqsədi ilə hücum etdiyi və gizlənmək üçün binaya daxil olduğu ehtimal edilir.

 

0.014193773269653