Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi

Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi
 

İyunun 15-16-da Bürgenştokda keçirilən Ukrayna üzrə konfransın yekun sənədi forumda iştirak edən 91 ölkədən 80-i tərəfindən dəstəklənib.

Paralel.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, sənədi təsdiq edən ölkələrin siyahısı iclasın təşkilatçıları tərəfindən dərc edilib.

Sənədi dəstəkləyən ölkələr arasında xüsusilə Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı yoxdur. Üstəlik, Vatikan tərəfindən imzalanmayıb. Konfransda Müqəddəs Taxt-Tac-ı Vatikanın dövlət katibi kardinal Pietro Parolin təmsil edib.

Eyni zamanda siyahıda İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ yer alıb.

 

0.010350227355957