Ad günü, yoxsa doğum günü? - Cəlal Yaquboğlu yazır
İslam dininin bərqərar oluğu müsəlman dünüyasında hər bir insanın dünyaya gəldiyi gün birmənalı şəkildə onun Doğum günü hesab olunur. Xristian aləmində isə məsələ bir qədər fərqlidir. Belə ki, xristian dünyasında insanın dünyaya gəlişi və xaç suyuna salınması onun bioloji doğum günü hesab olunsa da “Ad günü” də qeyd olunur.Bəs bu nə deməkdir? Məsələ orasındadır ki, xristian dinidə hər bir insanın öz “Qorucu Mələyi” (Anqel xanitel) olur və bu mələk həmin adamı həmişə, hər yerdə müfafizə edir. (indiki nazirlərin “cangüdənləri” kimi.) Xristian dininə görə əslində Anqel xranitel dünyasını dəyişmiş müqəddəs insanların ruhudur. Bu tarixi insan il ərzində bir_neçə dəfə bayram kimi ( İmeninnitsa) qeyd edə bilər.
Lakin, son zamanlar müsəlmanlar arasında da kiminsə doğum günü əvəzinə kimisə “Ad günü” münasibətilə təbrik etməsinə rast gəlinir ki, belə bir hal bizim həyat tərzimizə uyğun deyildir. “Ad günü” ifadəsi bizə əslində pravoslav xristianlardan sıçramışdır. Ona görə də soydaşlaımızın bir-birlərini “Ad günü” münasibəilə, yox, DOĞUM GÜNÜ münasibətilə təbrik etməsi daha düzgün və doğrudur.
Paralel.az