11 nəfər qəbul imtahanından xaric olunub
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlərdən 11 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub.
Onların nəticələri ləğv edilib.