“Covaze Destination Management Company” Misir bazarına daxil olur

“Covaze Destination Management Company” Misir bazarına daxil olur
 

xəbər verir ki, öz müqavilələri sayəsində Covaze DMC bütün Türkiyə, Italiya və Şimali Kipr Türk Cümhuriyyəti başda olmaqla ən sərfəli qiymətləri təklif edərək B2B xarici agentliklərə yerüstü xidmətlər təqdim edir.

Davamlı əməkdaşlıqları nəticəsində Covaze DMC illərdir Azərbaycan agentliklərinə ən uyğun və keyfiyyətli xidməti göstərir. İndi onlar yeni təyinat yerlərinə addımlamağa hazırlaşırlar. Onlar Misirin Şarm-Əl Şeyx və Hurghada hava limanlarında özəl transfer xidməti ilə turizm agentliklərinə dəstək verəcəklər. “İllərdir Azərbaycan agentliklərinə göstərdiyimiz uğurlu xidmətdən sonra biz yeni təyinat yerimiz Misirdə agentliklərimizə eyni keyfiyyət və sərfəli qiymətləri təklif etməyi hədəfləyirik”, – deyə Covaze DMC rəsmisi bu yeni addımın şirkət üçün həyəcan verici olduğunu bildirib.

Covaze Destination Management Company haqqında ətraflı məlumat üçün www.covaze.com saytına daxil olun və ya +90 545 296 91 97 nömrəsinə yaza bilərsiniz.

0.013145923614502