Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi iyuldan hərbi çağırışçıların sağlamlığına nəzarət edəcək...- Araşdırma

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi iyuldan hərbi çağırışçıların sağlamlığına nəzarət edəcək...- Araşdırma
 

Ötən il Prezident cənab İlham Əliyev hərbi xidmətə çağırışla bağlı daha bir mühüm fərman imzalayıb.

Həmin qanunun müəyyən etdiyi yeni qaydalara əsasən, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən aparılacaq.

Məlumdur ki, həmin qanun iyul ayının 1-dən qüvvəyə minəcək.
Həmin qanun ona görə qəbul olunub ki, hərbi xidmətə çağırılan gənclərin sağlamlığı, hərbə yararlı olub-olmaması tək SHXÇDX tərəfindən müəyyən edilməsin, eyni zamanda bu işə ƏƏSMN-də qoşulsun və yaşı hərbi xidmətə çatan gənclər və hərbçilərin xidmətə çağırılması işində mövcud mənfi hallar ləğv olunsun.

Lakin ölkə Prezidentinin və hüquq-mühafizə orqanlarının rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparmasına baxmayaraq, ölkənin bütün orqanlarında, o cümlədən ƏƏSMN-də də rüşvətxorluq çiçəklənir və genişlənir. Bunu nəzərə alan hərbi xidmətə çağırılan gənclər və onların valideynləri 2024-cü il iyul ayının 1-dən qüvvəyə minəcək qanunun hərbi xidmətə çağrış xidmətində olan rüşvətin qarşısını alacağına inanmır. Əksinə, bu sahədə rüşvətin daha da artacağını iddia edirlər.

Rəyi soruşulan ekspertlərin də bildirdiyinə görə, hərbi çağrış sistemində tətbiq edilcək yeni qanun rüşvətin miqdarının kəskin artmasına xidmət edəcəyini iddia edirlər.

Çünki SHXÇDX və ƏƏSMN-də hərbi xidmətə çağırılanların hərbi xidmətə yararlı olub-olmamasını, kimlərə möhlət verilməsini müəyyən edən həkim və vəzifəli şəxslərin rüşvət almayacağına heç kim zəmanət verə bilməz. Atalar yaxşı deyib ki: "Göz gördüyündən qorxar". Ölkədə nə qədər desən rüşvətxor tapmaq olar, amma rüşvət almayan adam tapmaq çətindir...

Hazırda iyul ayında hərbi xidmətə çağırılacaq gənclər guya həkim komissiyasından keçirilirlər. Əslində isə, hərbi xidmətə çağrılan gənclər həkimlər tərəfindən normal müayinə olunmurlar.

Hərbi həkim komissiyasından keçən gənclərin verdikləri məlumatlara görə, həkimlər tərəfindən sağlamlığı dəqiq yoxlanılmalı olan hərbi çağırışçıların hər bir nəfərinə bir dəqiqədən də az vaxt ayrılır. Bu az vaxt ərzində ətraflı yoxlanılmalı olan gənclərindən hər birinin adı, familiyası, atasının adı və hansı xəstəlikdən şikayətləndiyi soruşulur və çox maraqlı, həm də təhlükəlidir ki, hərbi çağırışçıların anketinə heç nə qeyd olunmur. hərbi xidmətə çağırılan gəncin sağlamlıq anketinə isə ancaq "sağlamdır" sözü yazılır.

Hazırda hərbi xidmətə çağırılan gənclərin əksəriyyəti sağlam deyil. Hərbi xidmətə çağırılan gənclərin tam sağlam olduğunu iddia etmək də çox çətindir. Çünki hərbi xidmət yaşına çatan çağırışçı gənclərin böyüdüyü ailələrin hansı çətin şəraitdə yaşadığı, normal qida və yaşayış üçün vacib olan gündəlik təlabat mallarının çatışmadığı hər kəsə bəllidir. Belə şəraitdə gənclərin sağlamlığından bəhs etmək ancaq xülyadır.

Buna görə də maddi imkan olan valideynlər həkimlərə, məmurlara rüşvət verib, istər sağlam, istərsə də xəstə övladını hərbi xidmətdən yayındıra bilirlər. Övladı xəstə olan, rüşvət verə bilmədiyinə görə, övladının xəstəliyini həkim və məmurlara sübut edə bilməyən kasıb övladları isə orduya hərbi xidmətə getməyə məcbur edilir...

Cənab Prezidentin imzaladığı Qanun ölkə vətəndaşları üçün çox faydalıdır! Təəssüf ki, bu Qanunun ölkədə normal işləməsi üçün rüşvətxorluğa insan ləyaqətini alçaldan çirkin hərəkətə nifrət edən SHXÇDX və ƏƏSMN əməkdaşları hələ sağlam ruhda yetişməyiblər...

Pis haldır ki, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yeni qanuna uyğun olaraq, sağlam təfəkkürlə, rüşvət almadan, düz işləyəcəyinə inanan ölkə vətəndaşı tapmaq çox çətindir...

Tapdıq Abbas

0.036336898803711