Onlar hakimiyyətə gəlsə, bizi edam gözləyir - Spiker

Onlar hakimiyyətə gəlsə, bizi edam gözləyir - Spiker
 

Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasının hakimiyyətə qayıtsa, bütün Gürcüstanı edam gözləyir.

Paralel.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, "Vahid Milli Hərəkat" partiyasının deputatı Gürcüstan polisini siyasi qərəzlilikdə ittiham edib:

"Milli Hərəkat Partiyasından olan deputat Qubaz Sanikidze bir müddət əvvəl bildirmişdi ki, müxalifət oktyabrda keçiriləcək parlament seçkilərində qalib gəlsə, təhlükəsizlik orqanlarında “böyük islahatlar” aparılacaq. Daxili İşlər Nazirliyinin zabit korpusunun yuxarı və orta təbəqəsi işdən çıxarılacaq".

"Bu adamlar hakimiyyətə gəlsələr, 2003-cü ildə olduğu kimi, təkcə polisi deyil, bütün Gürcüstanı edam edəcəklər. Bu partiya Milli Hərəkat fəlsəfəsinin daşıyıcıları olan, insan ləyaqəti, dövlət institutları və gürcü xalqı üçün heç bir əhəmiyyət kəsb etməyən insanlarla doludur”, - Papuaşvili qeyd edib.

 

0.056129932403564