İşıqforla bağlı rəsmi açıqlama

İşıqforla bağlı rəsmi açıqlama
 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev müzakirələrə səbəb olan işıqforla bağlı məsələyə aydınlıq gətirib.

Qurum Rəsmisi öz açıqlamasında bildirib ki, işıqforu vətəndaş "sellofana" salıb və daha sonra dövlət qurumuna məlumat verib:

"Hadisə ötən həftənin şənbə günü Tərtərdə olub. Həmin gün hava şəraiti yağışlı və küləkli olduğundan işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Bunu görən yaxınlıqdakı mağaza sahibi ora gələrək işıqforun ekranını sellofana bükərək yuxarıdan asıb və yol polisinə bu barədə məlumat verib. 

Yarım saat ərzində idarənin əməkdaşları yaxınlaşaraq problemi dərhal həll ediblər. Sadəcə işıqforun fotoları sosial şəbəkələrdə paylaşıldığından müzakirələrə səbəb olub.

 

0.043944835662842