"Çox çətin anlar yaşayıram. Bilirəm bu da keçəcək"
"Artıq hadisədən xəbəriniz var. Çox çətin anlar yaşayıram. Bilirəm bu da keçəcək".
Paralel.az xəbər verir ki, bunu aparıcı Çinarə Əliyeva körpəsinin vəfat etməsi ilə bağlı danışarkən deyib. O, vəziyyət barədə hamiləliyin 28-ci həftəsindən məlumatlı olduqlarını söyləyib:
"Bilirdik, amma "şansımız var" deyirdik. Həkimim ilk gündən sona kimi yanımda oldu. Doplere qalanda artıq görünəndə gec idi. Mən də dedim ki, uşaq qalsın, əməliyyat edək, bəlkə yaşamağa 5% şansı olar.
Yenə də hər şey Allahın əlindədir. Deməli, belə olmalı imiş.
Azərbaycanın ən savadlı həkimlərini gəzmişik. Hamı eyni şeyi deyirdi. Amma məni başa düşən düşər, bir ana kimi sona qədər övladımı xilas edib savadlı doktorumuz əməliyyat etdi. Klinikada bütün kollektiv bizə yardım etməyə çalışdı. Bu günləri unutmaram.
Bir onu deyim ki, mən indi əziyyət çəkirəm. İnşallah, Allah mənə bir daha ana olmağı nəsib edər. Buna çox inanıram. Allah heç bir zaman məni darda qoymayıb. Heç kimi qınamayaq. İlk növbədə hər dəqiqə yanımda olan həyat yoldaşım və anama təşəkkür edirəm. Biz çox böyük sınaqdan keçdik. Səbir, səbir".
Qeyd edək ki, Ç.Əliyeva tanınmış plastik cərrah Ruslan Rəsul ilə evlənib. Cütlüyün əməliyyatı qüsurlu doğulub. Körpə əməliyyat edilsə də, 7 gün sonra ağciyəri açılmadığından vəfat edib.