Ermənistan polisi səs bombalarından istifadə etdi 

Ermənistan polisi səs bombalarından istifadə etdi 
 

Ermənistan parlamentinin binası yaxınlığında polis səs bombalarından istifadə etməyə başlayıb.

Paralel.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

Bundan əvvəl parlament binasının yanındakı parkda izdiham yaşanıb. Polis etirazçıları parlament binasının ətrafından uzaqlaşdırmağa çalışır.

Hadisəyə münasibət bildirən Baş nazir Nikol Paşinyan polisin qanun çərçivəsində hərəkət etdiyini deyib:

“Polis qanunla ona həvalə edilmiş funksiyaları ciddi şəkildə qanun çərçivəsində həyata keçirir”, - deyə o qeyd edib.

Bundan əvvəl Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvanda parlament binası yaxınlığında keçirilən aksiyanın təşkilatçılarını və iştirakçılarını toqquşmalara səbəb olan qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb.

0.013730049133301