"Bəlkə yeganə ölkəyik ki, şəhid olan gənclərin sayı dünyasını dəyişən qocalardan çox olub"
"Azərbaycanın qalibiyyət səhifəsinin hər cümləsində gəncliyin imzası var, Azərbaycan bəlkə yeganə ölkədir ki (təşbehlə), şəhid olan gənclərin sayı dövrünə görə dünyasını dəyişən qocaların sayından çox olub - Tam bir gənc şəhidlər Cümhuriyyətidir".
Paralel.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Əziz Əlibəyli mərkəzdə Milli Qurtuluş Gününə həsr edilən dinləmələr zamanı deyib.
"Yüz il əvvəl Qurban Səid "Əli və Nino"da yazmışdı: "Biz Asiyaya aidik, yoxsa Avropaya?" Hələ də bu sual akual olsa da, əsas baza məlumdur: Biz azərbaycanlıyıq, amma pozitiv nöqtələrin altını tamamlamaqla.
Onu da dedim ki, o xalq xoşbəxtdir ki, onun günləri var, müstəqilliyi azadlığı, qurtuluşu və s. dövləti olmayanın isə heç nəyi yoxdur.
Milli Qurtuluş Günü məğlubiyyətlə dolu 90-ların azsaylı qalibiyyət notuna aiddir.
Dövlət öz insanına bənzəyir, gündəlik çətinlik, məişət problemləri və s. hər kəsi məşğul edir, lakin ana idealllar heç zaman unudulmamalıdır: Biz qalibik, bizim qalib dəyərlərimiz var, problemlərə görə bəlkə biriləri onun unudulmasına çalışırsa, əsla onlara imkan tanımaq olmaz.
Heydər Əliyev bu dövləti xalqla birlikdə qurub, az qala, 93-94-cü illərin bütün aylarında xalq onun bir sözü ilə Parlamentin, administrasiyanın önünə yığışıb və indiki dövlətin təməllərini atıblar.
Hər zaman qurtuluş önəmlidir və aktualdır. Bir halda ki, qurtuluş sonunda Zəfər yoluna çıxıbsa...", - deyə o əlavə edib.