Sualları səhv cavablandırdı, lakin qızıl  mükafat aldı - VİDEO 

Sualları səhv cavablandırdı, lakin qızıl  mükafat aldı - VİDEO 
 

Türkiyədə məktəbli imtahan zamanı bütün sualları səhv cavablandırmağına rəğmən hədiyyə alıb.

Paralel.az İHA-yistinadən xəbər verir ki, bu olay Şanlıurfanın Halfeti rayonunda yaşanıb.

Liseylərə Qəbul İmtahanı (LGS) öncəsi sınaq imtahanı verən məktəbli sualların hamısına səhv cavab verib.

Məktəbli qızın hazırlaşdığı kursun səlahiyyətli şəxsləri buna görə qıza kiçik qızıl hədiyyə ediblər.

Həmin anlar sosial şəbəkələrdə kəskin tənqid edilib. Çoxsaylı tənqidlərdən sonra kurs yaranmış vəziyyətə aydınlıq gətirib.

Bildirilib ki, imtahandan əvvəl məktəblilərin 2 halda mükafatlandırılacağı ilə bağlı vəd verilib.

Qeyd olunub ki, kurs şagirdləri ya bütün suallara doğru, ya da yanlış cavab verəcəyi təqdirdə onlara qızıl hədiyyə ediləcək.

Məlum olub ki, 90 sualı səhv cavablandıran Elif Sude Şenel əslində kursun ən yaxşı oxuyan şagirdlərindəndir.

Kursun rəhbəri Muhammed Tahir Kurt bütün sualları yanlış cavablandırmaq ehtimalının çox aşağı olduğunu söyləyib:

"Bütün sualları doğru cavablayanlara hədiyyə veriləcək deyəndə şagirdlərimiz çəkindi. Biz də dedik ki, bütün suallara yanlış da cavab verə bilərsiniz. İkinci ehtimalı hesabladıq, rəqəm 6 trilyonda 1-ə bərabər idi. Yəni bu, mümkün olacaq bir şey deyildi. Bunu ancaq bütün sualları düz bilən biri edə bilərdi. Biz də buna görə şagirdimizə qızıl hədiyyə etdik və qürurluyuq. Yəni hər şeyi mütləq doğru yox, həm də yanlış etməyin də nə qədər çətin olduğunu göstərmək istədik. Lakin bu, çoxları tərəfindən səhv başa düşüldü".

 

0.010699033737183