Samir Abasov Ramil Şeydayevlə bağlı gözlənilməz qərar verdi

Samir Abasov Ramil Şeydayevlə bağlı gözlənilməz qərar verdi
 

«Neftçi»nin yeni baş məşqçisi Samir Abasov son anda gözlənilməz qərar verib.

Paralel.az xəbər verir ki, bugünlərdə komandanın sükanı arxasına keçən mütəxəssis kapitanlıq sarğısını Ramil Şeydayevdən geri alıb.

Çalışdırıcı hesab edir ki, adıçəkilən hücumçu son həftələrdəki zəif oyunla bu məsuliyyəti üzərinə götürməyə hazır olmadığını göstərib.

O, bazubəndi yenidən Emin Mahmudovun qoluna keçirmək istəsə də, dəstəklənməyib.

Abasov sarğını Yuri Matiasa həvalə etmək niyyətində olması barədə rəhbərliyi məlumatlandırıb.

Bakılılarla 2 illik müqaviləyə imza atmış mütəxəssis bu fikrini onunla əsaslandırıb ki, braziliyalı müdafiəçi emosional biridir və komanda üzvlərini motivasiya etməyə həmişə hazırdır.(sportinfo)

 

0.061705112457275