Qazaxda aramsız yağışların yaratdığı seldən görüntülər - VİDEO

Qazaxda aramsız yağışların yaratdığı seldən görüntülər - VİDEO
 

Son günlər yağan yağışlardan sonra Qazaxda Ağstafaçay və Coğazçayı, eyni zamanda Kür çayı daşıb.

“Qafqazinfo”nun məlumatına görə, nəticədə təbii fəlakət bəzi fəsadlar törədib.

Belə ki, mal bazarı və yaxınlıqdakı obyektlər, torpaq sahələri və kafelər suyun altında qalıb.

Hazırda Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndi ərazisində də sel müşahidə edilir. Təbii fəlakətin qarşısının alınması istiqamətində işlər görülür, əraziyə texnikalar cəlb olunub. Hələ ki yaşayış evlərinə suyun dolması barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bölgədə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

 

0.016321182250977