Naxçıvan tamaşasının Bakı variantı 

Naxçıvan tamaşasının Bakı variantı 
 

Bu ölkədə hansı addıma “reforma” adın qoymaq istəyən zaman ona “xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə...” adın verirlər.
Tarif Şurası tənzimləyici qurum olaraq hansısa mal və xidmətlərin qiymətlərin artıran zaman da əsaslandırma sənədində eyni cümlədən istifadə edir.

İndi eyni söz oyununu taksi xidməti göstərən 10 minlərlə insanın başına gətirəndə istifadə edirlər. Oxşar tamaşa, eyni koordinat oxudur...

Taksi xidməti hazırda faktik işsiz, lakin hüquqi baxımdan işləyən insan kimi təsbit olunan peşə fəaliyyətidir. Çoxsaylı mütəxəssislərin, savadlı insanların da son dayanacaq yeri idi. Ümidi qırılmış insanların da başını dolandırmaq çətiri idi.
İndi onu da onların əllərindən almaq istəyirlər.

Ölkədə bu yolla ailəsinə çörək qazananların sayı 60 minin üzərindədir. Bu “muncuq” oyunu onların bu sahədən də əllərinin üzməsinə səbəb olacaq.

Niyyətləri yaxşı oxuyuram. Taksi xidmətində sistemli və səliqəli bir düzən yaratmaq. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə gələn xarici qonaqlar qarşısında sivil görünmək, rəqəmsal iqtisadiyyatın bütün elementləri ilə əhatə dairəsini nümayiş etdirməkdir.
Resurs iqtisadiyyatına malik ölkələrin spesifik dərdləri dəyişməzdir: daxildən zəif, xaricdən güclü görünmək ehtiyacı!

Axı bir epizodik tədbirlərə ev sahibliyi etmək üçün bu 250-300 min insanın taleyinə təsiri necə qəbul etmək olar? Dekorativ görkəm naminə ailələrin çörəyinə niyə bais olmalı?

Vaxtıilə Naxçıvan xanı eyni tədbirləri Naxçıvanda aparanda minlərlə insanın işsiz qalmasına səbəb oldu. Taksi xidməti məqsədilə istifadə olunan şəxsi avtomobil markaları ləğv olundu, yerində "Nazlifan"ın satışı stimullaşdı. Köhnə avtomobillərini satıb "Naxçıvannak"dan götürülən kreditlər hesabına bankın portefli böyüdü.
Bir ailənin 2 biznes strukturu da qazandı: həm "Naxçıvanbank",
həm də avtomobil istehsalçısı olan "Nazlifan".

Bu biznes sirrini isə sürücülərin intizamlı geyinməsi, üzünü təraş edilərək sükan arxasında oturdulması kimi formal görünüşlə ört-basdır etməyə çalışdılar. Sadəlövlər inandı, biznesin alqortmin bilənlər isə mövzunu anladılar.

Yayın +40 istiliyində məcburi qaydada bütün sürücülərə (avtobus, taksi) qalstuq geydirməklə işsizlər ordusunun artmasına növbəti bir təkan verdi. Onun da əsas qayğılarından biri o idi ki, Naxçıvana gələn sadəlövh qonaqlar bu mənzərə baxıb təəcüb etsinlər ki, maşallah, Naxçıvan bir Avropa ölkəsidir ki...

Bu addım atılan zaman ölkədə bu qədər idarəetmə aparatlarından - NK, MM və digər dövlət qurumlarından biri narahatlığını ifadə edən sorğu göndərmədi ki, bu vətəndaşın hansı həyat şərti Avropanın orta statistik insanının yox, yoxsulunun həyat tərzinə yaxındır, əmək haqqısı, gəliri, rifahı, orta ömür müddəti avropalı ilə müqayisəyə imkan verir ki, bu hoqqanı verirsiz?

Standartı Avropa ilə, yaşamı Afrika standartı səviyyəsində olan sürücülərin fəaliyyətinin tənzimlənməsinə taksi reformaları adın vermək olmur, atam-qardaşım...

Xaricdən böyük, daxilən kiçik görünmədən daha mühüm bir məsələ var: hər şey insan taleyindən kiçikdir.
İnsanlar nəyəsə yox, bütün nəsnələr insana xidmət üçündür...

İqtisadi Təhlil İnstitunun rəhbəri Məmməd Talıblı 

Paralel.az

0.036816120147705