"...Bəlkə nəticə çıxararlar" -Aydın doktor yazır 

 

Oxuyun və paylaşın, lütfən, bəlkə nəticə çıxaralar.
İstanbul hospitalın sahibi daha bir işçini qanunsuz olaraq işdən çıxardı, sabahdan işə gəlməsin dedi.
Səidə xanım illər öncə həyat yoldaşını itirib. İki övladını çətinliklə, kasıbçılıqla, necə deyərlər: kipriyi ilə od götürərək birtəhər böyüdüb. Bir neçə ay öncə qızını köçürüb, xudmani-yığcam bir toy etdi, maddi imkanı olmadığından qızına cehiz vermək üçün bankdan kredit götürüb. Kreditini ödəmək üçün hər gün səhər saat 7:30-dan axşam saat 17:00-a qədər klinikada qul-kölə kimi xadimə işləyirdi ki, borclarını birtəhər ödəsin. Lakin, sən saydığını say, gör fələk nə sayır, bu günlərdə bu qədər ağır şərtlər altında işləməsinə baxmayaraq “naməlum” səbəblərdən, heç bir xəbərdarlıq edilmədən, heç bir kompensasiya ödənilmədən işdən xaric edilib. İndi bu adam kreditlərini, borclarını necə ödəyəcək, nə yeyəcək, nə içəcək? Heç kimin umurunda deyil. Ölkədə həc-mərclik, haqsızlıq, hüquqsuzluq baş alıb gedir. Bunun bir sonu olacaqmı? Bunlara bir dur deyən olacaqmı? Bu qədər sərvətləri olan bir ölkə niyə bu gündədir?

Müəllif: Dr. Aydın Əliyev 

0.098778009414673