Polşanın baş naziri Zelenski ilə görüşdən imtina etdi

Polşanın baş naziri Zelenski ilə görüşdən imtina etdi
 

Polşanın Baş naziri Donald Tusk Ukrayna ilə Polşa sərhədində onun blokadası və polşalı fermerlərin etirazları ilə bağlı Volodimir Zelenski ilə görüşməkdən imtina edib.

Paralel.az xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb.

“Bizim münasibətlərimizdə simvolizmə ehtiyacımız yoxdur. Çoxdan bəyan etmişik ki, Polşa öz bazarını, o cümlədən kənd təsərrüfatı istehsalçılarını qorumalıdır. Biz Ukrayna ilə ticarətin liberallaşdırılması təhlükəsi barədə xəbərdarlıq etmişik”, –Tusk bildirib.

 

0.02180814743042