Türkiyədə 4 yaşlı Gönül 11 yaşlı bacısını bıçaqladı - VİDEO

Türkiyədə 4 yaşlı Gönül 11 yaşlı bacısını bıçaqladı - VİDEO
 

Türkiyənin Bursa şəhərində 4 yaşlı Gönül bacısı 11 yaşlı Elifə bıçaqla xəsarət yetirib.

Ölkə.Az “Haberler.com”a istinadla xəbər verir ki, Gönül pəncərədən baxan bacısına əsəbiləşərək iki yerindən bıçaqlayıb.

Belə ki, valideynləri mağazaya gedən uşaqlar oyun oynamağa başlayıblar. Daha sonra Gönül bacısına əsəbiləşərək mətbəxə gedib. 

O, mətbəxdən götürdüyü bıçaqla Elifə "niyə çölə baxırsan?!" deyərək ayağının iki yerindən xəsarət yetirib.

Yaralı uşağın səhhətinin yaxşı olduğu öyrənilib. 

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Günay 

 

0.021806001663208