Uşaq sayına görə pensiya yaşı azaldılsın - TƏKLİF
"Uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması məqsədəuyğundur".
"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov təklif edib. Millət vəkili 3 uşaqlı analara erkən pensiyaya çıxmaq hüququnun verilməsini doğru hesab edib:
"Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu, həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi".
Qeyd edək ki, Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib və vətəndaşların siyahısı genişləndirilib.
Daha ətraflı: Bu şəxslərin pensiya yaşı azaldıldı
Könül
Ölkə.Az