Ermənistanla sərhəddə gərginlik: "Bu ərazilər Azərbaycana keçəcək"

Ermənistanla sərhəddə gərginlik:
 

Ermənistanın Azərbaycanla həmsərhəd - Basarkeçər (Vardenis)  şəhərində vəziyyət  getdikcə daha da kəskinləşməkdədir. Şəhər sakinləri yenidən İrəvana gedən əsas küçəni bağlayıblar.

Paralel.az xəbər verir ki,  buna səbəb isə  Basakeçər vilayətinin Vardenis və Çəmbərək şəhərlərinin pasport xidmətlərinin bağlamasıdır.

Ermənilər bu şəhərlərdə pasport xidmətinin bağlanmasına etiraz olaraq küçələrə çıxıblar. 

Etirazçılar bu gün vilayət  qubernatoru Karen Sarkisyanla görüşüblər. Lakin görüşün nəticəsi qənaətbəxş olmadığı üçün yenidən yolu bağlayıblar.

Aksiya iştirakçısının dediyinə görə, artıq pasport masa xidiməti və hərbi komissarlıq bağlanıb. 

"İndi Martuniyə hərbi komissarlığa getmək üçün maşına 5000 dramlıq yanacaq doldurmalıyam və orada da 7 saat gözləməliyəm. Hətta meyitxana (morq) belə Martuniyə köçürülüb. Öləni əvvəlcə ora aparmalıyıq, sonra geri qaytarmalıyıq.  Biz bunlara etiraz edirik”, - Vardenis sakini qeyd edib.

Digər etirazçı əlavə edib ki, yəqin ki, bu ərazi Azərbaycana keçəcək, ona görə də dövlət idarələrini köçürürlər.

 

 

 

0.097251892089844