Finlandiyanın yeni prezidenti bəlli oldu

Finlandiyanın yeni prezidenti bəlli oldu
 

Finlandiyada dünən keçirilən prezident seçkilərinin nəticəsi məlum olub. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, keçmiş mühafizəkar baş nazir 55 yaşlı Aleksandr Stubb 51,6 % səslə qalib gəlib.

Beləliklə Stubb ikinci yerdə olan rəqibi, keçmiş xarici işlər naziri Pekka Haavistonu geridə qoyub.

Stubb Finlandiya böyüklüyündə bir ölkənin ədalətli və dürüst seçkilər keçirə bilməsinin inanılmaz olduğunu bildirib.

“Avropada və Qəzzada müharibə var. Finlandiya prezidentinin soyuqqanlı davranması, burada sülhü qorumağa çalışması və başqa yerlərdə sülh üçün çalışması çox vacibdir", - deyə o, əlavə edib.

Həmçinin o, Finlandiyanın NATO-ya qoşulmasını "bitmiş razılaşma" adlandırıb.

 

 

 

0.017488956451416