"Açıq mikrofon"un növbəti ünvanı Daştatük kəndi oldu

 

"Açıq mikrofon"un növbəti ünvanı Daştatük kəndi oldu

"Paralel.az" " xəbər verir ki,  "Açıq mikrofon" aksiyasının başqa bir adı SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin "Səyyar qəbul otağı"dır. Sizin burada qaz təchizatı ilə bağlı səsləndirdiyiniz bütün müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndiriləcək. Ona görə də probleminizin həllinə yardımçı olmağımız üçün müraciətlərinizi açıq şəkildə səsləndirməyinizi xahiş edirik". Bu sözləri Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Lənkəran rayonunun Daştatük kəndində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Daha sonra mikrofon önünə keçən sakinlər müraciətlərini səsləndiriblər. Təxmirə Babayeva, İltifat Ağayev və Şahid Babayev kənddə mavi yanacağın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açaraq kəndə küçə qaz xətlərinin çəkilməsini xahiş ediblər. Daştatük kənd ümumi orta məktəbinin müəllimi Şəfəq Şükürova da fərdi evlərlə paralel məktəbdə də təbii qaza böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Aksiyaya Masallı rayonunun Alvadı kəndindən üz tutan Nürəngiz Hüseynovanın müraciəti isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. Səsləndirilən müraciətlərlə bağlı Birlik rəsmiləri tərəfindən sakinlərə lazımi izahatlar verilib.

0.019385099411011