Avtomobil almaq istəyənlər bu bazara üz tutsun - Olduqca tez və sərfəlidir

Avtomobil almaq istəyənlər bu bazara üz tutsun - Olduqca tez və sərfəlidir
 

Son zamanlar baş verən müharibələr fonunda dünyanın bir çox yerində yüşdaşıma fəaliyyətlərində gecikmələr və çətinliklər meydana gəlir. Bu tendensiya ölkəmizdən də yan ötmür və xüsusilə sifarişlə avtomobil gətirilməsində gecikmələr müşahidə olunur. 

Bundan fərqli olaraq daha tez və nisbətən sərfəli bazar sayılan Dubay sifarişçilərin ən çox üz tutduğu bazara çevrilib. Əvvəllər xaricdən sifariş edilən avtomobillər 5-6 aya ölkəyə çatdırılırdı. Ancaq bunun daha asan yolu da tapılıb. Artıq Dubaydan cəmi 15 günə Azərbaycana nəqliyyat vasitəsi gətirmək mümküdür. 

Bəs bu amil maşın bazarına necə təsir göstərəcək? Mövzu ilə bağlı iqtisadçı-ekspert Elmir Səfərli Yenisabah.az-a danışıb: 

“Məlum olduğu kimi, xaricdən gətirilən avtomobillərlə bağlı müəyyən limit nəzərdə tutulub. Nəzərdə tutulmuş buraxılış ilindən köhnə olan avtomobillərin ölkəyə gətirilməsinə icazə verilmir. Təbii ki, ili yüksək olan avtomobillərin bazara Dubay kimi regionlardan olduqca sürətli və nisbətən ucuz qiymətə gətirilməsi bazara öz təsirini göstərəcək. Digər tərəfdən elektrik mühərrikli avtomobillərin gömrük rüsumundan azad edilməsi də qiymətlərə təsirsiz ötüşmür. Düşünürəm ki, Dubaydan avtomobil idxalı davamlı olarsa, bazarda ucuzluq gözləniləndir”. 

 

0.013221979141235