Aşıq Zülfiyyə: “Qazandığım pulu banka qoyuram”

Aşıq Zülfiyyə: “Qazandığım pulu banka qoyuram”
 

Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Paralel.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, müğənni oğlu Babəklə qonaq olduğu “Rəngarəng səhər” verilişində qazancından danışıb.

Aşıq bildirib ki, toylardan və məclislərdən qazandığı qonorarı əlində saxlamır: “Mən evdə çox tapılmıram. Evdə çox pul saxlamıram. Əlimdə pul varsa, onu banka qoyur və nəsə bir şeylər alıram”.

Zülfiyyənin oğlu Babək isə pulla bağlı deyib:

“Hazırda evimi təmir edirəm. Bir otağın təmirini yekunlaşdırıb, digərinə keçirəm. Pulun əksəriyyətini də təmirə xərcləyirəm. Toylardan qazandığımı evdə saxlayıram. Kassada, yoxsa yorğan-döşək altında, onu artıq mən bilirəm. Üzərimdə pul gəzdirmirəm”.

 

0.014351844787598