Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev kimdir? - İlginc olay
Azərbaycanda elm və təhsil sahəsinin inkişafı dövlətin strateji hədəflərindəndir.
Ulu Öndər heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra məhv edilmiş təhsil sahəsi yenidən nəfəs aldı, dirçəlməyə başladı.
Atasını uğurla əvəz edən Prezident İlham Əliyev təhsilə xüsusi önəm verdi və məqsədyünlü siyasəti nəticəsində təhsil sahəsi daha da inkişaf etdirilərək müasir standartlara uyğunlaşdırıldı.
Cənab Prezident İlham Əliyevin 2022-ci ilin iyul ayında “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanla Təhsil nazirliyinin bazasında Elm və Təhsil nazirliyi yaradıldı.
Prezidentin bu Fərmanı ilə Təhsil sistemində ciddi struktur və kadr dəyişiklikləri başladı.
Paralel.az AzFakt.com-a istinadən xəbər verir ki, dövlət təhsilin inkişafı sahəsində aparıdğı pozitiv siyasəti təəssüflər olsun ki, zamanla adları müxtəlif korrupsiya və digər qaranlıq məsələlərdə hallanan şəxslər öz mənafeləri üçün alətə çeviriblər.
Hətta Təhsil sahəsinə heç bir aidiyyatı olmayan, pedoqoji fəaliyyət barədə anlayışı olmayan şəxslər təhsil sitemində aparılan kadr islahatından sui-istifadə edib, müxtəlif vasitələrlə təhsil sistemində yüksək vəzifə tutublar.
Acınacaqlı haldır ki, təhsildən, pedaqogikadan adi anlayışları belə, olmayan şəxslər çox asanlıqla təhsil sitemində yüksək vəzifələrə irəli çəkildilər.
Belələrindan biri də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevdir.
Bəs kimdir Coşqun Əliyev?
Dörd yüzdən artıq təhsil müəssisəsini birləşdirən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir vəzifəsinə təyin olunan Coşqun Əliyev təhsil sisteminin rəhbərliyə gətirilələn, “Nə yoğuran, nə yapan, hazırca kökə tapan” şəxslərdən biridir.
Bu adamın özünün və atasının adı uzun illər ərzində ölkə mətbuatının gündəmindən düşməyib, müxtəlif qalmaqallarda, korrupsiya hadisələrində çox çəkilib.
Coşqun Əliyevin atası Vidadi Əliyev uzun illər Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentində rəis müavini işləyib.
Vidadi Əliyev Hacıbala Abutalıbovun dövründən ölkədə korrupsiya yolu ilə özünə külli sərvət toplayaraq dəyəri milyonlarla ölçülən geniş biznes şəbəkəsi yaradıb.
Coşqun Əliyev də bir müddət Bakı meriyasında işləyən atası Vidadi Əliyevin büdcə pullarının mənimsəmək hesabına yaratdığı şirkətlərdə çalışıb.
Coşqun Əliyev sonradan Bakı Şəhər icra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
O, bu idarədə çalışarkən Bakı şəhər İcra başçısı Eldar Əzizovun şərikliyi ilə şəhər ərazisində olan parkinqləri ələ keçirib.
Həmin illər ərzində Coşqun Əliyevin rəhbərlik etdiyi İdarə Bakı küçələrindəki parkinqlərdən milyonlarla manat gəlir əldə ediblər. Lakin bu gəlirlərin hamısı dövlət büdcəsindən yayındırılıbvə mənimsənilib.
Sonra parkinq işi Bakı şəhər icra hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilməsi Coşqun Əliyevi və onun himayədarlarını bu sahədən uzaqlaşmağa məcbur edib.
Əldə etdiyimiz məlumata görə Coşqun Əliyevin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edilməsində xüsusi rolu olan şəxslərdən biri də Bakı şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov olub.
Küçədən pul yığmaq kimi təcrübəsi olan bir şəxsin böyük bir regionun təhsil sisteminə rəhbər gətirilməsi isə dövlət başçsının təhsil sistemində apardığı siyasətə ciddi zərbə vurmaqdır.
Bir saat da pedoqoji fəaliyyətlə məşğul olmayan, pedaqogikanın, pedaqoji fəaliyyətin nə olduğunu bilməyən, həyatı yalnız rüşvət yığmaqdan ibarət olan bir şəxsin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri kimi, strateji vəzifəyə təyin edilməsinin səbəbkarları mütləq cəzalandırılmalı, Coşqun Əliyev isə tutduğu vəzifədən azad olunub, məsuliyyətə cəlb olunmalıdır!