İnkişafı qadağalarla ləngitmək olmaz - dos. İlham Əhmədov 

İnkişafı qadağalarla ləngitmək olmaz - dos. İlham Əhmədov 
 

Rəqəmsal transformasiya prosesləri bütün sahələrdə vüsət alır. Elektron ticarətin inkişafı ölkəmizdəki iri ticarət mərkəzlərini böhran vəziyyətə salıb. İri ticarət mərkəzlərində alıcı qıtlığı hiss edilir. İnsanlar daha çox e-ticarət vasitəsi ilə alış etməyə meyllidir. Bu pandemiyadan sonra daha da aydın sezilir. Çünki, vətındaşa daha ucuz başa gəlir, bəzın dəfələrlə ucuz olur. Amma iri ticarət obyektlərinin sahibləri olan məmur oliqarxlar bundan ziyan gördükləri üçün qanunvericilik səviyyəsində bu mütərəqqi prosesləri ləngitməyə çalışırlar, e-ticarətin inkişafına süni maneələr yaradırlar.
Eyni vəziyyət yaxın zamanlarda universitetləri də gözləyir. Bu gün dünyada distant fəaliyyət göstərən universitetlərin, onlayn oxuyan tələbələrin sayı durmadan artır. Bu sahədə yüz milyardlarla dollar dövriyyə, milyonlarla öyrənci var.
ETN-nin distant təhsilin qarşısını 20 il ərzində qanunsuz qadağalarla almasına baxmayaraq, pandemiya dövründən sonra MOOC, Kursera v.s. kimi distant kurslara bizdə də təlabat artıb, bura axın çoxalıb. 4SİM və TİF də buna dəstək verdi.
Universitetlərimiz mükəmməl onlayn təhsilə sürətli keçid etməsələr, yaxın gələcəkdə auditoriyalarda olan tələbə sayı seyrələcək. ETN-nin "distant oxuyan tələbələrin diplomlarını tanımayacağıq" kimi "müasir çağırışları" da artıq təsirsiz olacaq.
Diplomĺar bu gün heç nəyin göstəricisi deyil. Xüsusən də bizdə. ETN-nin keçən il 700 diplomlu müəllimi işdən azad etməsi buna sübutdur.
Amma 20 il ərzində distant təhsilin qadağan edilməsi haqqında ETN-nin səhv qərarı (bu hələ də davam edir) ölkəmizdə insan kapitalının və təhsilin inkişafına öz mənfi təsirini göstərdi.
"Necə edək ki, təhsil reytinqlərində mövqeyimiz yaxşılaşsın?" sualına daha bir cavab da budur.

ONLAYN KURSLARI OLMAYAN UNIVERSITETLƏR TEZLIKLƏ HEÇ KIMƏ LAZIM OLMAYACAQ.

"Paralel.az"

 

0.014698028564453