Mahmud Abbas: Qəzza işğal olunmuş ərazilərin bir hissəsidir

Mahmud Abbas: Qəzza işğal olunmuş ərazilərin bir hissəsidir
 

Qəzza zolağı və İordan çayının qərb sahili vahid bölgənin ayrılmaz hissələridir və fələstinlilər heç vaxt öz torpaqlarından didərgin düşməyə icazə verməyəcəklər.

Bunu Fələstin Dövlətinin prezidenti Mahmud Abbas deyib.

“İsrailin müharibəsi bizim ərazilərimizi məhv etməyəcək, biz qələbə və müstəqillik əldə olunana qədər torpaqlarımızda mübarizəni əzmlə davam etdirəcəyik”, - Abbas qeyd edib.

O əlavə edib ki, Qüds də daxil olmaqla İordan çayının qərb sahili və Qəzza zolağı bölünə bilməyən vahid coğrafi bölgədir. Abbas vurğulayıb ki, fələstinlilər "Qəzzadan və ya İordan çayının qərb sahilindən köçməyə heç vaxt icazə verməyəcəklər".

"Qəzza işğal olunmuş ərazilərin bir hissəsidir və biz onun bir parçasından da imtina etməyəcəyik və sektor üçün məsuliyyətdən əl çəkməyəcəyik", - Abbas deyib.

 

0.0157630443573