Stalinin arvadı Nadejda Alliluyevanın faciəli həyatı - Firuz Mustafa

Stalinin arvadı Nadejda Alliluyevanın faciəli həyatı - Firuz Mustafa
 

Çaparaq notlar...

Məlumat verildiyi kimi, 20-ci il hadisələri ilə bağlı tarixi-sənədli əsər üzərində işləyirəm. Personajların sırasında fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.

Stalinin ikinci arvadı Nadejda Sergeyevna Alliluyeva 1901-ci ildə Bakıda doğulmuşdu. Onun atası Sergey Yakovleviç peşəkar inqilabçı idi.

Nadejdanın damarında gürcü, alman və qaraçı qanı qarışıb birləşmişdi. O, çılğın, söz götürməyən, təvazökar, azadlıqsevən bir qızdı.

Stalinlə Sergey köhnənin tanışları idilər. Hətta Nadejda uşaq olarkən gənc Koba bir müddət Bakıda onların evində yaşamışdı. Bir çox tarixçilər gənc inqilabçı ilə yaşlı Sergeyin arvadı Olqanın çox yaxın münasibətdə olduğunu da yazırlar. Onlar yaşıd idilər. Olqanın əri Sergey Alliluyev gənclərin bu "dostluğuna" xüsusi bir əhəmiyyət vermirdi.

Stalinlə Nadejda 1918-ci ildə ailə qurdular. Bu zaman Stalinin otuz doqquz, Nadejdanın on yeddi yaşı vardı.

(Ardı şərh bölümündə)

Bu izdivacdan onların iki övladı dünyaya gəlmişdi: Vasili və Svetlana.

0.03273606300354