Paytaxtda yeni plana düşən küçələr - VİDEO
Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq.
Sözügedən ərazilərlə yanaşı, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində də yeni layihənin icrası ilə əlaqədər evlər plana düşüb.
Sakinlər bildirib ki, söküntü ilə bağlı hazırlıq işlərinə də başlanıb.
Sakinlər deyir ki, söküntü işləri zamanı ödəniləcək kompensasiyanın məbləği ilə bağlı hələ onlarla danışıq aparılmayıb.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü ilə əlaqədar sözügedən ərazilərdəki həyətyanı sahələrdə artıq ölçmə işləri aparılıb.
Həmin küçələrdə yaşayan sakinlər digər ərazilərə köçürüləcək. Layihəyə əsasən, ərazinin yaxınlığında yerləşən "Sevgi Parkı"nın genişləndirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.