Türkiyənin Manisa şəhərində mikroavtobus qəza törədib, 12 nəfər yaralanıb

Türkiyənin Manisa şəhərində mikroavtobus qəza törədib, 12 nəfər yaralanıb
 

Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda fabrik işçilərini daşıyan mikroavtobusun yük avtomobilinə çırpılması nəticəsində biri ağır olmaqla 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, İzmirdən Ankara istiqamətində hərəkət edən mikroavtobusun qəzaya uğramasına səbəb sürücünün diqqətsizliyi olub. Qeyd olunub ki, nəqliyyat vasitəsi irəlidə hərəkətdə olan yük maşınının qoşqusuna çırpılıb.

Məlumata görə, vəziyyəti ağır olan şəxs mikroavtobusun sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır

0.062758207321167