Mobil telefonlardakı real təhlükə - ARAŞDIRMA - VİDEO

Mobil telefonlardakı real təhlükə - ARAŞDIRMA - VİDEO
 

Qubada yerləşən telefon mağazalarından birində telefonun ustanın əlində partlaması batareyaların disk məsələsini növbəti dəfə gündəmə gətirib.

Bu məqamda müxtəlif suallar yaranır. Batareyaları zəifləmiş, şişmiş telefon işlətmək hansı təhlükələr yaradar? Batareyalar nə qədər müddət sonra dəyişdirilməlidir?

Bu barədə telefon ustaları və satıcılar öz fikirlərini bildiriblər.

Qeyd edilib ki, normal şəkildə istifadə olunduğu müddətdə hər hansı orijinal batareya 1-2 il ərzində rahat xidmət göstərə bilər:

“Amma telefon düzgün şarj olunmadıqda, gecədən səhərə kimi yükləməyə qoyulduğu təqdirdə batareyanın ömrünü azaltmış olursunuz”. Telefon ustaları həmçinin bildiriblər ki, batareyası şişmiş telefonlar həyati risk yaradır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

0.011889934539795