Əhməd də o səmtə gedir...

Əhməd də o səmtə gedir...
 

Bu gün Azərbaycan mediası ən ağır günlərini yaşayır desək, yəqin ki, səhv etmərik. Bəli, bir neçə il bundan əvvəl də Azərbaycan mediası oxşar vəziyyətlə üz-üzə qalsa da, mürtəcelik baxımdan bu həddə çatıb. Qeyd edək ki, Milli Məclisin üç oxunuşdan sonra, Prezidentdin imzası ilə "Media Haqqında" yeni Qanun layihəsi təsdiq olundu.

Yenixeber.org: Sözün həqiqi mənasında bu Qanun müstəqil mediaya qarşı hazırlanmış mürtəce bir qanundur. Həmin qanuna əsasən MEDİA reyestri yaradıldı və çox keçmədi ki, reyestirdən bir çox tanınan və tanınmayan, hətta sözəbaxan media subyektləri də kimlərinsə tapşırığı əsasında qeydiyyatdan keçirildi.  Amma, ölkəmizin çətin günlərində önə çıxan əksər müstəqil media qurumları  kənarda qaldılar.

Maraqlı haldır ki, bu gün qeydiyyatdan və dövlət yardımlarından kənarda saxlanılan saytların çoxu illərdir ki, Ermənistan, İran, Rusiya, Fransa və digər düşmən ölkələrin, o cümlədən daxili düşmən qüvvələrin dövlətimizə qarşı yeritdikləri məkirli siyasəti ifşa edirlər.

Lakin bu gün dolayı yollarla hakimiyyətə soxulan, əslində adlarını yuxarıda çəkdiyimiz düşmən dövlətlərə xidmət edən xəyanətgar yetgililər dövlətimizi düşmən qruplarının hücumlarından qoruyan və müdafiə edən xeyli müstəqil medianı hədəfə alıblar və bu müstəqil qurumları sıradan çıxarmağa çalışırlar.

Ölkə Prezidentinin media siyasətinin istiqamətini məqsədli şəkildə dəyişən bəzi yüksək vəzifəli şəxslər kənarda saxladıqları müstəqil qəzet və saytlarda çalışan əməkdaşların jurnalistika sahəsində qazandığı peşəkarlığı, ən azı 25 və 30 il təcrübəsi olduğunu belə nəzərə almırlar.

Təəssüflər olsun ki, hazırda Azərbaycanda fəaliyyət göstərən müstəqil medianın üzərinə "səlib yürüşü"nə start verilib. Hər kəsə sydındır ki, müstəqil media üzərinə "səlib yürüşü" təşkil edənlər bu cür qərəzli hərəkətin sonda yaxşı nəticə verməyəcəyini yaxşı düşünmürlər.

Müstəqil media üzərinə basqı ilk olaraq Əhməd İsmayılovun rəhbərlik etdiyi MEDİA Agentliyi tərəfindən atıldı. Bu qurum birinci instansiya məhkəməsinin qərarı olmadan dia.az saytının bloklanması üçün Bakı Apellyasiya Məhkəməsində iddia qaldırıb. Məhkəmə dia.az saytının baş redaktorunun iştirakı olmadan iddianı təmin edib.

Bu o deməkdir ki, ölkədə müstəqil fəaliyyət göstərən mətbuat üzərinə basqıya start verilib. Bu cür addımların yaxşı nəticə verməyəcəyi indidən bəllidir.

Tutduğu vəzifədən 4 ildir azad olunan Əli Həsənov zamanında da "mükəmməl qərarlar" müəyyən media cameəsinin başı üzərində "Domokl qılıncı" funksiyasını yerinə yetirirdi.

Sonrası NOOLDU? O oldu ki, Əli Həsənovun topdağıtmaz xanimanı xarabazar oldu. Deyəsən bu gedişlər Əhməd İsmayılovu da həmin səmtə aparır...(GundemXeber.Az)

0.28750491142273