"Şəhərin müxtəlif yerlərində valyutadəyişmə məntəqləri açılsın"– Siyavuş Novruzov

 

Bank kredit faiz dərəcələri azaldılmalıdır ki, aztəminatlı insanlar bundan faydalana bilsin.

"Paralel.az" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə “Banklar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Bankın faiz dərəcələri yüksək olduğundan kredit götürən şəxs ancaq kredit faizi ödəmək üçün çalışır. Bu da sonda bir sıra problemlərə gətirib çıxarır. Odur ki, bu məsələlər nəzərə alınıb bank kredit fazi dərəcələri aşağı endirilməlidir. Bu gün valyutadəyişmə məntəqələri əsasən banklar daxilində fəaliyyət göstərdiyindən bazar və bayram günləri insanlar və turistlər valyuta dəyişməkdə çətinlik çəkirlər. Ona görə də təklif edərdim ki, şəhərin müxtəlif yerlərində valyutadəyişmə məntəqləri açılsın. Bu həm də bank sektoru üçün faydalı olar”.

 

0.095813035964966