“Fırıldaqçılar tor atır, axmaqlar inanır…”

 “Fırıldaqçılar tor atır, axmaqlar inanır…”
 

Son günlər müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açaraq fala baxanların sayı artıb. Maraqlısı burasındadır ki, belə dələduzlara inanan insanların sayı da kifayət qədərdir.  

Deputat Fazil Mustafa mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib. 

O bildirib ki, cəmiyyətdə aldanmaq istəyən çox sayda insan var: 

“Siyasətdə, iqtisadiyyatda saxtakarlar olduğu kimi, psixoloji manipulyasiya edərək insanların cahilliyindən istifadə edənlər də az deyil. Əksər insanlar falçılara meyl edirlər. Ağlını istifadə etməyən insan o ağılı kiməsə təhvil verməlidir. Belə məsələlərdə hansısa məhdudlaşdırıcı addım atmaq düzgün deyil. Sözügedən fırıldaqçılar sosial şəbəkələrdə tor atır, axmaqlar isə qurban olurlar. 

Biz diqqətimizi təhsilə, maarifləndirmə prosesinə yönəltməliyik. Ağıllı, savadlı insanların sayı çoxaldıqca bu cür fırıldaqçılar aktivləşə bilməyəcəklər”.

 

0.013612985610962