Türkiyədə yaşamaq istəyən əcnəbilər üçün qayda sərtləşdi: azı 200 min dollarlıq...

Türkiyədə yaşamaq istəyən əcnəbilər üçün qayda sərtləşdi: azı 200 min dollarlıq...
 

Türkiyədən daşınmaz əmlak alan əcnəbilərə yaşayış icazəsinin verilməsi qaydaları sərtləşdirilib, indi alınmalı olan mülkün qiyməti ən azı 200 min dollar olmalıdır.

Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə miqrasiya departamentindəki mənbə məlumat verib.

“Yeni qaydalara görə, daşınmaz əmlaka sahib olmaq üçün yaşayış icazəsinin verilməsi o halda mümkündür ki, mənzilin qiyməti azı 200 min dollar olsun”, - deyən mənbə əlavə edib ki, yaşayış icazəsi almaq üçün müraciət edənlər mülkiyyət hüququnu təsdiq edən sənəddə əmlakın dəyərini də göstərməli olacaqlar.

Qaydalar oktyabrın 16-dan sonra bağlanmış bütün əməliyyatlara təsir edəcək. 

Bu tarixdən əvvəl alınmış daşınmaz əmlak sahibləri üçün mənzilin minimum qiyməti kiçik şəhərlərdə 50, böyük şəhərlərdə isə 75 min dollar idi.

İyul ayında Türkiyə Statistika İnstitutu 2022-ci ildə 99 min rusiyalının Türkiyədə yaşamaq icazəsi aldığını bildirib. Rusiya Federasiyasının vətəndaşları ölkədə yaşamaq icazəsi almış əcnəbilərin ümumi sayının 25%-ni təşkil edir ki, bu da onları verilən yaşayış icazələrinin sayına görə lider edir.

Ruslardan başqa, Türkiyənin kurort şəhərlərində (Alanya, Antalya, Bodrum, Kuşadası) ərəblər, iranlılar, almanlar və hollandlar da kütləvi şəkildə mülk və yaşayış icazəsi alırlar.

 

0.01816201210022