Azərbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində finala keçə bilmədilər - VİDEO

Azərbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində finala keçə bilmədilər - VİDEO
 

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsində ikinci yarımfinalda iştirak edəcək ölkələrin adları açıqlanıb.

Gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada “Özünlə apar” mahnısını ifa edən təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov finala çıxa bilməyiblər.

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq kimi ölkələrin təmsilçiləri isə finala vəsiqə qazanıblar.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 9-da, final isə mayın 11-də keçiriləcək.


***
İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında Azəbaycan təmsilçiləri səhnəyə çıxıb.

Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısını ifa ediblər.

Onlar səhnədə 12-ci nömrə ilə çıxış ediblər.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da, final isə mayın 11-də olacaq.

 

0.016473054885864