İsrail müharibənin üç mərhələsini elan etdi

İsrail müharibənin üç mərhələsini elan etdi
 

İsrail HƏMAS-a qarşı aparılan müharibənin üç mərhələsini elan edib.

"Paralel.az" xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qallant danışıb.

Nazir qeyd edib ki, ilk mərhələdə məqsəd Hərbi Hava Qüvvələrinin imkanlarından istifadə edərək HƏMAS döyüşçülərini məhv etmək, infrastrukturunu dağıtmaqdır. İkinci mərhələdə müqavimət ocaqlarını ləğv etmək üçün daha aşağı intensivlikdə döyüşlər keçirməkdir.

Üçüncü mərhələ isə Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılmasıdır.

 

0.029670000076294