Qarabağın neçə əsrlik tarixinə Azərbaycan möhürü vuruldu!

Qarabağın neçə əsrlik tarixinə Azərbaycan möhürü vuruldu!
 

Hələ heç vaxt Dağlıq Qarabağ, Şuşa, Xankəndi bu qədər Azərbaycanın olmayıb. Tarixi torpaqlarımıza iddialı qüvvələrin iki əsrdən bəri bütün əməlləri tam fiaskoya uğradı!
Möhtəşəm tarixi hadisələri yaşayırıq.
Bizə bu günləri yaşadan AZƏRBAYCAN Əsgərinə, Zabitinə, Ali Baş Komandana eşq olsun!
Şəhidlərimizin ruhu şad olsun. Qanlarını, nakam, yaşanmamış həyatlarını, haqqlarını Vətənə, bizlərə halal etsinlər!
Diplomatiya cəbhəsində vuruşan, Azərbaycan həqiqətini dünya birliyi qarşısında müdafiə edən dövlət xadimlərinə, diplomatlarımıza, ekspertlərimizə təbriklər və təşəkkürlər!
Bu hadisələrin tarixi qiyməti hələ qarşıda veriləcək. Amma bir həqiqəti bu gün mütləq dilə gətirməliyik: Müstəqillik dövrü itirilən torpaqların ləkəsi bizim nəsillərin üstündən silindi!
I Qarabağ müharibəsinin adlı-adsız qəhrəmanlarını, Xocalı timsalında həyatlarını itirmiş bütün dinc əhalinin, bu günləri yaşamadan dünyadan köçmüş qaçqın və köçkünlərin xatirələrini hüznlə anaq!
Bu qələbəyə inanan və onu gözləyən bütün xalqımızın gözləri aydın olsun!
QARABAĞ həqiqətən AZƏRBAYCANDIR! 

Professor Solmaz Rüstəmova-Tohidi,

"Paralel.az"

0.036581039428711