Sidney Operasının İsrail bayrağının rəngləri ilə işıqlandırılması etiraz - VİDEO

Sidney Operasının İsrail bayrağının rəngləri ilə işıqlandırılması etiraz - VİDEO
 

Avstraliyanın Sidney şəhərindəki Opera Evinin İsrail bayrağının rəngləri ilə işıqlandırılması qərarı etirazlara səbəb olub.

Xarici KİV-ə görə, baş nazir Kris Minns Opera Evinin İsrail bayrağının rəngləri ilə işıqlandırılması qərarını açıqladıqdan sonra Fələstini dəstəkləyən yüzlərlə insan bu qərara etiraz edib.

Əllərində Fələstin bayrağı və şüarlar səsləndirən nümayişçilər opera teatrına doğru yürüş edərək atəşfəşanlıq ediblər. Polis vəziyyətə nəzarət edib. 

Əyalətin baş nazirlik ofisi bu cür çıxışları qınayıb.

"Bu NSW xalqını təmsil etmir. Bu cür davranış zorakılığı qızışdırır və parçalanmaya səbəb olur”.

Avstraliyanın baş naziri Antoni Albanese də nümayişlə bağlı açıqlama verib.

"Bu təriflənəcək bir vəziyyət deyil, əksinə, pislənməlidir".

Xarici işlər naziri Penny Vong isə HƏMAS-ın İsrailə qarşı hücumlarının qeyd etmə səbəbi olmadığına diqqət çəkib.

Digər tərəfdən, Sidneyin cənub-qərbindəki Lakemba bölgəsində bir qrup Fələstinə dəstək nümayiş etdirmək üçün toplaşıb. 

Xatırladaq ki, baş nazir Kris Minns oktyabrın 8-də Sidney Opera Evinin ştatın yəhudi icmaları ilə həmrəy olaraq mavi və ağ rənglərlə işıqlandırılacağını elan edib.

 

0.020751953125