50 min erməni narkotik satışı ilə məşğul olan Teleqram kanallarına abunədir

50 min erməni narkotik satışı ilə məşğul olan Teleqram kanallarına abunədir
 

50 mindən çox Ermənistan vətəndaşı narkotik vasitələrin satışı ilə məşğul olan Teleqram kanallarına abunədir.

"Paralel.az" xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin rəisi Argişti Karamyan kollegiya iclasında bildirib.

İstintaq çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 onlayn platforma müəyyən edilib. Eyni zamanda qadağan olunmuş maddələrin istehsal olunduğu 6 laboratoriya avadanlığı aşkar edilib.

 

0.026670932769775