Yeni inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaq

Yeni inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaq
 

Bu ilin aprel ayından başlayaraq Cəbrayıl şəhərinin inzibati ərazisində, 7,87 hektar ərazidə inşa edilən yaşayış kompleksi altı məhəllədən - 33 binadan ibarət olacaq.

“Report” xəbər verir ki, bu barədə bu gün şəhərə təşkil olunmuş mediaturda bildirilib.

Məlumata görə, binalar dörd-beş mərtəbəli, ümumilikdə 712 mənzilli olacaq. Mənzillərdən səkkizinin birotaqlı, 136-sının ikiotaqlı, səkkizinin iki-üç otaqdan ibarət studiya tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulub.
Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşdırılması nəzərdə tutulur.



 

0.022984027862549