Tramp səhnədə yolu itirən Baydeni yamsıladı - VİDEO

Tramp səhnədə yolu itirən Baydeni yamsıladı - VİDEO
 

ABŞ prezidentliyinə namizəd Donald Tramp 80 yaşlı hazırkı dövlət başçısı Co Baydenlə bağlı zarafatını paylaşıb.

Siyasətçi Kaliforniyada tərəfdarları ilə görüşdə çıxışı zamanı səhnədən çıxış yolu tapa bilməyəndə dəfələrlə yöndəmsiz vəziyyətdə olan Baydeni təsvir edib. Parodiya kameralara tuş gəlib. Kadrlarda Trampın tamaşaçılara arxasını çevirərək səhnədə necə dolaşmağa başladığı, sonra isə əllərini yuxarı qaldırdığı görünür.

Bayden, qocalmasına baxmayaraq, ötən ilin yazında 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində yeni müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Bu arada ABŞ-da keçirilən son rəy sorğularına görə, Tramp ona qarşı cinayət işlərinin açılmasına baxmayaraq, respublikaçı seçicilər arasında populyarlıq reytinqində liderlik edir. Avqustun sonunda ABŞ-ın keçmiş prezidenti Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini bildirib.

 

0.052618980407715