Zaxarovadan Makronun Rusiyanın Azərbaycanla sövdələşməsi barədə iddiasına CAVABI

Zaxarovadan Makronun Rusiyanın Azərbaycanla sövdələşməsi barədə iddiasına CAVABI
 

“Fransa rəhbəri Emmanuel Makronun Rusiyanın Azərbaycanla əlbir olması barədə sözləri Parisin təhrik və təxribatıdır”.

Paralel.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Makron iddia edib ki, sövdələşmə birbaşa Ermənistanın bütövlüyünü təhlükə altına qoyur.

“Xəyalpərəst, daha nə deyə bilərəm. Belə bir fikri səsləndirmək üçün çox zəngin təxəyyülə sahib olmaq lazımdır. Ümumiyyətlə, söhbətin nədən getdiyi aydın deyil”, – deyə Zaxarova Makronun sözlərini şərh edib.
Rusiya XİN-in nümayəndəsi bunun Paris tərəfindən təxribat olduğunu vurğulayıb. O xatırladıb ki, Fransa Ermənistan-Azərbaycan münasibətləri korlanan zaman vasitəçi mövqeyindən deyil, yalnız öz siyasi maraqlarını həll etməyə çalışan bir dövlət kimi çıxış edib.

Mənbə: RİA Novosti

0.013118982315063