Anasını və qardaşı arvadını bıçaqlayan şəxs hakim qarşısında

Anasını və qardaşı arvadını bıçaqlayan şəxs hakim qarşısında
 

Bərdədə anasına və qardaşının həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Hacıbala İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, Bərdə rayonunun Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib. H.İsayevə qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

 

0.024510860443115