Ağcabədidə fermer qadını icra başçısı nəyə görə həbs etdirib?!

Ağcabədidə fermer qadını icra başçısı nəyə görə həbs etdirib?!
 

Bir gün eşidəsiniz ki, Rafili Hüseynovu da DTX köçürdü Kürdəxanıya...

Söhbət Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdan gedir...

Sadəcə, icra başçısı barədə rayonda yayılan informasiya bizi məcbur elədi ki, yenə bu adama bəzi mətləbləri başa salaq...

Deməli, aldığımız məlumata görə, Rafil Hüseynov əkin sahəsini suvarmaq üçün ona müraciət edən Ağdamlı məcburi köçkünə deyib ki, torpağınız işğaldan azad olunub, rədd olun gedin, öz rayonunuza...

Bundan sonra icra başçısının göstərişi ilə Ağdamlı məcburi köçkünə fermer xanım 5 sutka həbs verilib. Su tələb edən Ağdam sakininin sözlərinə görə, torpaq sahəsini suvarmaq üçün Ağcabədi Rayon İcra başçısına şikayət üçün gedib, ancaq onun özünü 5 sutkalıq həbsə atıblar:

Ağcabədi rayon Sarıcalı kəndində qardaşımın 5, mənim də 5 hektar bələdiyyə torpağımız var. Müqavilə ilə ildə min manat da vergi veririk. Qarabağ kanalı vasitəsi ilə torpağımızı suvarırdıq. Ağcabədi Rayon Su Kanal İdarəsinin nümayəndəsi Ağayev Ceyhun bizə su vermir. Dəfələrlə ona haqsızlıq etdiyini demişəm. Özlərinə məxsus olan torpaqları suvarırlar, ancaq bizə su vermirlər. Bir neçə dəfə də deyib ki, arxamda icra başçısı durur, sənə su verməyəcəm. Yeri gəlmişkən, Ceyhun Ağayev Sarıcalı kənd icra nümayəndəsi Ağayev Arifin əmisi oğludur”.

Şikayətçinin sözlərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbulda ona deyib:

- “Rayonunuz işağldan azad olunub, rədd olub gedin öz rayonunuzu əkin” deyib: “Mən icra başçısından su istədim, dedim ki, torpağım susuzluqdan yanır. Problemləri onun nəzərinə çatdırdım. İcra başçısı məni nəzərdə tutaraq göstəriş verdi ki, ona 5 sutka həbs verin. Dediyi kimi də oldu, mənə 5 sutka həbs verdilər”.

Fikir verin, Su kanalın rəisi ilə icra nümayəndəsi əmiuşağı, əmioğludurlar, icra başçısı da bunların dalında dayanıb, yəni rayon bir dəstə adamın əlində əsir-yesirdir. Bəli, məhz əsir-yesir! Əgər belə olmasaydı, Rafil Hüseynov su istəyən qadın vətəndaşa dərhal 5 sutka həbs verdirə bilməzdi.

İkincisi, Rafil Hüseynov məcburi köçkünə deyir ki, rədd ol get, öz rayonuna... Onda adamdan soruşarlar ki, sən Ağcabədidə nə ...., sən də get Bərdəyə öz rayonuna... Sən ağdamlıya deyirsən ki, rədd ol, Ağcabədini tərk elə, bəs sən niyə 30 ildir yapışmısan kreslodan, sən də çıx get də...

Masallallıda icra başçısı işləyəndə köhnə qəbristanlığı traktorla dağıdıb obyektlər tikib satmadınmı?! Bil ki, Allah bunu sənə bağışlamayacaq. Ağcabədidə ən münbit torpaqları keçirmisən əlinə, milyonları qazanırsan, adamdan soruşarlar ki, Novxanıda 10 milyon dəyərində villanı, şəhərin neçə yerində mənzili hansı pulla almısan?! Camaat yaxşı bilir ki, sən Rafil Hüseynov Ağcabədinin bütün dövlət qurumlarını, idarələri, müəssisələri, təşkilatları, fermerləri aylığa "hesaba" oturtmusan! Bir qadın fermer sənə rüşvət vermədiyinə görə, onu həbsxanaya salırsan bu yaşında, qulağının dibindən ehsan iyisi gəlir, heç utanmırsan?!..

Ağcabədidə şəhidin atasına kəllə atırsan, qadın fermerlər rüşvət istiyirsən, sənin biabırçı hərəkətlərin barədə bütün ölkə, xalq danışır... Oğlunun əməlləri isə əsl rüsvayçılıqdır, alnınızda qara ləkədir, Rafil Hüseynov! Bütün bunları qoyaq bir kənara, vallah, incimə bizdən, düz yolda deyilsən, Rafil Hüseynov!..

Rafil Hüseynov, səni görəndə hamının yadına Aşıq Alının sözləri düşür: "Ayaq getdi, əl gətirdi, diş yedi, baxmaqdan savayı gözə nə qaldı"!? Yetmişi aşırmısan, səksəni nə qalıb, qulaqların eşitmir, gözlərin görmür, başın əsir, kreslodan oturanda dura bilmirsən, day nə istiyirsən, bəlkə, kresloya yapışmısan heç kimin xəbəri yodur?!
Rəhmətliyi oğlu, çıx get, sənin pis əməllərindən cana doymuş, əlindən bezmiş Ağcabədi camaatı qoy, bir az dincəlsinlər də! Vallah bir az da davam eləsən, Aşıq Alı demişkən, səni köçürəcəklər Kürdəxanıya!..

İndi seçim özünündür, elə et ki, ailən arxanca türməyə çörək aparmağa məhkum olmasın, hərçənd ki, səndə ağıl yoxdur, amma çalış, bir az ağıllı ol, çıx get!..

P.S. Bu yaxınlarda sosial şəbəkədə Rafil Hüseynovla bağlı bir kadr gördüm, vallah heç yaraşdırmadım, bu, biabırçılıqdı. Adama deyərlər ki, Ay Rafil Hüseynov, daha qocalıb əldən düşmüsən, artıq sən idarəçiliyi bacarmırsan, ərizəni ver, işdən çıx get, bir-iki il də nəvələrini oynat də, ay zalımoğlu, zor deyil ki?!
(Gundəlik-Bakı.com)

Paralel.az

0.022407054901123