Ordubadda Tematik Parkların yaradılması nəzərdə tutulur

Ordubadda Tematik Parkların yaradılması nəzərdə tutulur
 

2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında - Batabat gölünün yaxınlığında və Ordubadda Tematik Parkların yaradılması nəzərdə tutulur.

Bu, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulub.

Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Dövlət Turizm Agentliyidir.

Bundan başqa, muxtar respublikada turizm növlərinin inkişafına dair layihələrin, həmçinin dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) xəritələrinin, turizm üçün əlverişli yaşayış məntəqələrinin qiymətləndirilməsi, qış, kənd və ekoturizm üzrə layihələrinin və Ağbulaq massivində qiymətləndirmə işlərinin aparılması, yay-qış turizm kompleksinin yaradılması planlaşdırılır.

Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəzin tikintisi də nəzərdə tutulur.

 

0.016377925872803