Ərdoğan BMT tribunasından dünya ölkələrini Şimali Kiprlə diplomatik əlaqələr qurmağa çağırdı 

Ərdoğan BMT tribunasından dünya ölkələrini Şimali Kiprlə diplomatik əlaqələr qurmağa çağırdı 
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından dünya ölkələrini Şimali Kipr Türk Respublikasını tanımağa və onunla diplomatik əlaqələr qurmağa çağırıb.

"Paralel.az" xəbər verir ki, dövlət başçısı bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarında çıxışı zamanı deyib.

“Kipr türklərinin səmimi səylərinə baxmayaraq, adada federal həllin əldə oluna bilməyəcəyi fakt olaraq qalır. Biz beynəlxalq ictimaiyyəti bunu qəbul etməyə, ŞKTR-nin müstəqilliyini tanımağa və onunla diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa çağırırıq”, - deyə Türkiyə lideri bəyan edib.
Ərdoğan həmçinin bildirib ki, o, BMT-nin Kiprdəki sülhməramlı qüvvələrindən qorumağa borclu olduqları qərəzsizlik prinsipinə hörmət gözləyir.

 

0.016517877578735