Fransızlar Paşinyanı əvəz etmək imkanını nəzərdən keçirir – SENSASİON TƏFSİLAT

Fransızlar Paşinyanı əvəz etmək imkanını nəzərdən keçirir – SENSASİON TƏFSİLAT
 

“Son vaxtlar Armen Qriqoryanın baş nazir postuna mümkün təyinatı ilə bağlı şayiələr fəal şəkildə yayılır. Təəccüblü deyil ki, Qərbin həddindən artıq emosional Paşinyanı güclü xarakterə malik qəti qərbli ilə əvəzləmək niyyəti getdikcə daha çox təsdiqlənir”.

Ölkə.Az xəbər verir ki, bu barədə “Observateur Continental” nəşri yazır.

“İstənilən hadisə qərbyönlü kadrların yeni rotasiyası üçün zəruri olan kütləvi iğtişaşlara təkan ola bilər”, - deyə bildirilir.

Qeyd edək ki, sentyabrın 7-də Rusiya mənbələri “çevriliş ehtimalının yüksək olması” səbəbindən Fransa kəşfiyyatçılarından ibarət “işçi qrupu”nun İrəvana getdiyini bildirib.

Miri
Ölkə.Az

 

0.01543402671814