Qaxa güclü dolu və leysan yağıb: Elektrik enerjisi kəsilib

Qaxa güclü dolu və leysan yağıb: Elektrik enerjisi kəsilib
 

Qax rayonuna dolu və leysan yağıb.

Paralel.az-ın Report-a istinadən məlumatına görə, axşam saatlarında rayon ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, şəhər ərazisinə bir neçə dəqiqə davam edən dolu düşüb.

Güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində ağaclar aşıb, şəhər ərazisindən keçən su kanalı daşıb.

Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Qax rayon Elektrik Şəbəkəsindən bildirilib ki, şəhər ərazisində ağacların aşaraq naqilləri qırması nəticəsində qəzalar baş verib. Qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır.

Hazırda rayonda leysan davam edir.

0.015727043151855