Beyləqan Mərkəzi xəstəxanasında əcaib-qəraib işlər baş verir...
Köçkün rayon sakinlərinə sağlamlıq haqqında arayış verilmir. Bir azdan da müayinəyə buraxılmayacaqlar...
Paralel.az redaktor Ramin Qurbanovun facebook səhifəsinə yazdığı statusu oxuculara təqdim edir: "Gəlin etiraf edək ki, bu gün Azərbaycan səhiyyə sistemi həftəbecərə çevirilib. Azərbaycan səhiyyəsinin başının ağalarının sayı artıb. Bir tərəfdən TƏBİB, bir tərəfdən Səhiyyə nazirliyi özu, bir tərəfdən də İcbari Tibb sığorta səhiyyəmizin, necə deyərlər, "başında turp əkirlər".
Adı çəkilən qurumlar Əli insanovdan, Oqtay Şirəliyevdən bizə miras qalmış səhiyyəmizin başına corab kiçiriblər. Əslində, TƏBİB-in, İcbari Tibb Sığorta Agentliyinin yaradılmasında məqsəd əvvəldən naxoş olan səhiyyəmizi müalicə edib xəstə yatağından qaldırmaq idisə, biz bu günləri bunun tam əksini görürük.
Hətta vəziyyət ondan daha da betərdir, əvvəllər nə qədər olmasa, səhiyyəmiz xəstələrin halı ilə maraqlanırdı, qapısından içəri girən vətəndaşlara bacardığı qədər qayğı göstərirdi, onları müayinə və müalicə edirdi. Bu gün isə qosqoca səhiyyəmiz icbari tibb sığortanın hesabına TƏBİB-in ümüdünə qalıb.
Bir sözlə, TƏBİB və İcbari Tibb Sığorta səhiyyəmizin dərdinə dərman olmaq əvəzinə, səhiyyəmizi tam pis duruma düşüb. Səhiyyə sistemində ağaların sayı çoxaldıqca, insanların da problemləri artdı, çoxaldı. Bu günləri Azərbaycan səhiyyəsi mamaçası çox olan hamilə qadına bənzəyir. Necə ki, mamaça çox olanda uşaq tərs gəlir, hazırda bizim ölkə səhiyyəsinin də vəziyyəti həmin tərs gələn uşağın gününə düşüb. TƏBİB bir qanun ortaya qoyur, İcbari Tibb Sığorta birini, Səhiyyə Nazirliyi də birini.
Bu üçlük arasında zərbə xəstəxanalara müraciət edən vətəndaşlara dəyir. Məsələn, götürək, elə Beyləqan Mərkəzi Xəstəxanasında son bir neçə ayda baş verən əndirabadi hadisələri. Xəstəxanada hər şey bərbaddır, dərəbəylik və özbaşınalıq hökm sürür... Bildirilir ki, son bir neçə ayda TƏBİB-in tabeliyində fəaliyyət göstərən Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin vəziyyəti çox acınacaqlıdır.
Əvvəlki illərlə müqayisədə xəstəxana da, bəzi isçilər də, necə deyərlər özlərini "buraxıb". Ələlxüsus da xəstəxananın qeydiyyat bölməsində xəstə vətəndaşlar süründürülür, get-gələ salınır, onlara münasibətdə insani davranış göstərilmir. Ən dəhşətlisi odur ki, köçkün rayon sakinlərinə Beyləqan xəstəxanasında (hansı ki, onlar 30 ildir ki, Beyləqan rayon ərazisində müvəqqəti qeydiyyata alınıblar yasayırlar) ögey münasibətlər sərgilənir, tibb müayinəyə buraxılmır və onlara sağlamlıq haqqında arayış verilmir.
Köçkün sakinlər sağlamlıq haqqında arayış əldə etmək üçün pasport qeydiyyatı üzrə rayon xəstəxanalarına və poliklinikalara göndərilir. Və yaxud onlardan həqiqətən Beyləqan rayon ərazisində yaşadıqlarını təsdiq edən yasayış yeri haqqında arayış, "Qaçqınkom"dan arayış və məcburi köçkün vəsiqəsi tələb olunur.
Bu sənədlər olduğu halda, onlara sağlamlıq haqqında arayış verirlər. Göçkün statuslu sakinlərə qarşı belə bir haqsızlığı, qanunsuz tələbləri həyata keçirən isə, xəstəxananın qeydiyyat üzrə əməkdaşları Elnurə və Sevda adlı şəxslərdir.
Adıçəkilən bu şəxslərin köckün sakinlərə qarşı süründürməçilik metodu illərlə rayon ərazisində müvəqqəti qeydiyyatda olan koçkünlər arasında ciddi narazılığa səbəb olub.
P. S. Qeyd edim ki, işğaldan azad olmuş rayonlara əhalinin koçürülməsi yeni başlayıb. Yalnız bu tələb öz rayonuna köçürülənlərə şamil edilə bilər, müvəqqəti yasayış yerini tərk etməyən köckün ailələrinə yox.
Məsələyə daha geniş və ətraflı şəkildə qayıdacam".